Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna "ATACMS" raket sistemləri ilə Rusiyaya zərbə endirib

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı ABŞ şirkəti "Lockheed Martin Corporation" tərəfindən istehsal edilən “ATACMS” taktiki raket sistemlərinin birbaşa Rusiya ərazisinə qarşı zərbə endirilməsində istifadə olunduğunu açıqlayıb.

Baş Qərargah bu barədə teleqram kanalında bildirib.

“Ukrayna Silahlı Qüvvələri Rusiyadakı hərbi hədəflərə dəqiq zərbə endirmək üçün ”ATACMS" taktiki raket sistemlərindən uğurla istifadə edib. Bu, Ukraynanın suverenliyinə sarsılmaz sadiqliyini vurğulayan əlamətdar hadisədir", - açıqlamada qeyd olunur.

Baş Qərargah əlavə edib ki, uzaq mənzilli silahların, xüsusən də “ATACMS” sistemlərinin istifadəsi davam edəcək.