Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistan MSK 86 seçki məntəqəsində səsləri yenidən sayacaq

Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) 20 seçki dairəsindəki 86 seçki məntəqəsində səslərin yenidən sayılmasını həyata keçirəcək.

Bu barədə Ermənistan mediası MSK-nın qərarına istinadən məlumat yayıb.

MSK-nın bəyanatında qeyd olunub ki, səsvermə nəticələrinin yenidən sayılması iyunun 7-də keçirilmiş parlament seçkilərində iştirak edən siyasi qüvvələrin xahişləri əsasında həyata keçiriləcək.