Türkiyədə 6,1 bal gücündə zəlzələ olub, ölən var
11 Avqust 2025
Türkiyənin Balıkesir vilayətində 6,1 maqnitudalı zəlzələ olub.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, təbiət hadisəsi Sındırğı rayonunda qeydə alınıb. Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib.
Yerli mətbuatın məlumatına görə, Manisa şəhərində də ard-arda iki dəfə zəlzələ olub. Qeyd olunub ki, təbii hadisələr 4.6 və 4.3 maqnitudada qeydə alınıb.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, zəlzələ nəticəsində 1 nəfər ölüb. O, qeyd edib ki, dağıntılar altından çıxarılan yaşlı şəxs həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib. Dağılan binanın qalıqları arasında daha bir neçə nəfər xilas edilib.
Qeyd edək ki, zəlzələ nəticəsində Sındırgı rayonunda bir bina dağılıb. Xilasedicilər dağıntılar altında qalan 5 nəfəri xilas edə biliblər.
Ümumilikdə zəlzələ bölgəsndə 10 bia dağılıb.