Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Neftçi"nin sabiq prezidenti Sadıq Sadıqov vəfat edib

"Neftçi" klubunun keçmiş prezidenti Sadıq Sadıqov vəfat edib.

Bu barədə mərhumun ailəsi məlumat verib.

Qeyd edək ki, sabiq prezident 2009-2015-ci illərdə "ağ-qaralar"ın rəhbəri olub.

Klub bu dönəmdə üç dəfə Azərbaycan çempionatının, iki dəfə Azərbaycan Kubokunun qalibi adını qazanıb. (Report)