Müxalifət Koçaryanı baş nazir postuna namizəd göstərib
17 Mart 2026
"Ermənistan" bloku qarşıdakı parlament seçkilərinə ölkənin sabiq prezidenti Robert Koçaryanı rəhbərliyi ilə qatılacaq.
Ermənistan KİV-i xəbər verir ki, bunu parlamentdə "Ermənistan" fraksiyasının deputatı Anna Qriqoryan açıqlayıb.
Onun sözlərinə görə, Robert Koçaryan blokun baş nazir vəzifəsinə namizədi olub.
Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı il iyunun 7-də keçiriləcək.