Moskva vilayətində avtomobil partladılıb, general-leytenant ölüb - VİDEO
09 İyun 2026
Moskva vilayətinin Balaşixa şəhərində avtomobilin partladılması nəticəsində yüksək rütbəli hərbçi həlak olub.
Bu barədə yerli KİV məlumat yayıb.
VÇK-OQPU və "Rucriminal.info" saytındakı mənbə həlak olan şəxsin general-leytenant rütbəsinə malik olduğunu bildirib.
Bomba BMW-yə yerləşdirilib və avtomobil hərəkətdə olarkən partlayıb.
***
10:32
Moskva vilayətinin Balaşixa şəhərində avtomobil partlayıb.
Partlayış səhər saat 05:30 radələrində baş verib.
Şahidlərin sözlərinə görə, sürücü BMW X3-ün mühərrikini işə salanda avtomobil partlayıb.
Şahidlər sürücünü yanan avtomobildən çıxara biliblər, lakin o, daha sonra ölüb.
Faktla bağlı Rusiya İstintaq Komitəsində cinayət işi başlanıb, araşdırma aparılır.