Logo
news content
User
Kateqoriyalar

Xəbər

Mis mədəninin çökməsi nəticəsində 70 nəfər ölüb

Konqo Demokratik Respublikasında səbəbi hələ müəyyən edilməyən mədən çökməsi 70 işçinin həyatına son qoyub.

Bu barədə yerli mətbuatda məlumat yayılıb.

Əraziyə göndərilən xilasetmə qrupları dağıntılar altında qalan işçiləri çıxarmaq üçün axtarış xilasetmə işlərini davam etdirir.

Dövlət rəsmiləri tərəfindən açıqlama verilməsə də, ölənlərin sayının arta biləcəyi ehtimal olunur.