İzmirdə polis idarəsinə silahlı hücum edəlib, 2 polis öldürülüb, 6 nəfər yaralanıb
08 Sentyabr 2025
Türkiyənin İzmir şəhərində polis idarəsinə silahlı hücum olub.
Bu barədə "Haber Global" məlumat yayıb. Bildirilir ki, hücum nəticəsində iki polis həlak olub, 6 nəfər, o cümlədən 2 polis yaralanıb.
Silahlı hücumun 16 yaşlı şəxs tərəfindən edildiyi bildirilir. Yaralı olaraq ələ keçirilən şəxs xəstəxanada ölüb.