Ermənistanda siyasi qüvvələrin parlamentdəki yerləri bəlli oldu
08 İyun 2026
Ermənistanın baş naziri Nikol Paşinyanın lideri olduğu Vətəndaş Sazişi Partiyası parlamentdə 61 mandat alacaq.
Bunu ölkənin keçmiş ədliyyə naziri Arpine Ovannisyan bildirib.
Onun sözlərinə görə, hakim təşkilata parlamentin beşdə üç (3/5) hissəsini təşkil edən çoxluğa nail olmaq üçün cəmi iki mandat, üçdə iki (2/3) say üstünlüyünə yiyələnməyə isə doqquz mandatı çatmayıb.
Sabiq nazir qeyd edib ki, hesablamalarında o, Mərkəzi Seçki Komissiyasının (MSK) ilkin məlumatlarına əsaslanıb.
Onun fikrincə, parlamentdə "Güclü Ermənistan" bloku 28 mandat, "Ermənistan" bloku 11 mandat, Çiçəklənən Ermənistan Partiyası isə 5 mandat alacaq.
Ovannisyan müxalifət qüvvələrinin nümayəndələrini parlamentdə siyasi təsirin gələcək bölgüsünə dair yüksək səsli bəyanatlarla tələsməməyə çağırıb:
"Hamımız əvvəlki seçkilərdən sonrakı bəyanatları unutmamışıq. Həmçinin sonradan müxtəlif səsvermələr zamanı kimin və hansı şəkildə Vətəndaş Sazişi Partiyasını dəstəklədiyini də xatırlayırıq".
Onun fikrincə, təkcə mandatların bölgüsü deyil, həm də gələcək deputatların namizəd olduqları siyasi qüvvələrə sadiqlik dərəcəsi vacibdir.