Logo
news content
User
Kateqoriyalar

Xəbər

Çempionlar Liqası: Daha altı komanda növbəti mərhələ şansını itirib

UEFA Çempionlar Liqasının Liqa mərhələsində VII tura yekun vurulub.

Turun maraqlı görüşlərindən biri Fransanın paytaxtı Parisdə baş tutub.

PSJ doğma meydanda “Mançester Siti” ilə qarşılaşıb. “Real” evdə “Zaltsburq”la üz-üzə gəlib, “İnter” isə səfərdə “Sparta”nın qonağı olub.

UEFA Çempionlar Iiqası

Liqa mərhələsi

VII tur

22 yanvar

21:45. “Leyptsiq” (Almaniya) - “Sportinq” (Portuqaliya) 2:1
21:45. “Şaxtyor” (Ukrayna) - “Brest” (Fransa) 2:0
00:00. “Real” (İspaniya) - “Zaltsburq” (Avstriya) 5:1
00:00. PSJ (Fransa) - “Mançester Siti” (İngiltərə) 4:2
00:00. “Sparta” (Çexiya) - “İnter” (İtaliya) 0:1
00:00. “Arsenal” (İngiltərə) - “Dinamo” (Xorvatiya) 3:0
00:00. “Seltik” (Şotlandiya) - “Yanq Boys” (İsveçrə) 1:0
00:00. “Feyenoord” (Niderland) - “Bavariya” (Almaniya) 3:0
00:00. “Milan” (İtaliya) - “Jirona” (İspaniya) 1:0

Bu oyunlardan sonra daha altı komanda növbəti mərhələ şansını itirib.

İspaniyanın "Jirona", Serbiyanın "Srvena Zvezda", Avstriyanın “Zaltsburq”, "Şturm", Çexiyanın "Sparta" və İtaliyamın "Bolonya" klubları sonuncu turun nəticələrindən asılı olmayaraq, turnirlə vidalaşacaqlar.

Qeyd edək ki, dekabrda İsveçrənin "Yanq Boys", Slovakiyanın "Slovan" və Almaniyanın “Leyptsiq” kollektivləri növbəti mərhələ şansını itiriblər.

Liqa mərhələsində sonuncu - VIII turun oyunları yanvarın 30-da keçiriləcək.