Azərbaycanın neft ixracından gəliri 15 faizdən çox azalıb
19 Noyabr 2025
2025-ci ilin ilk 10 ayında Azərbaycanın xam neft ixracı ötən ilin eyni dövrü ilə müqayisədə cüzi artıb. Amma qiymətlərin ucuzlaşması səbəbindən ümumi dəyərin həcmi bir xeyli azalıb.
Dövlət Gömrük Komitəsinin (DSK) məlumatına görə, bu il Azərbaycandan 20.75 milyon ton neft ixrac edilib. Bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 180 min ton və ya 1 faizə yaxın çoxdur. Lakin statistik dəyər 12.76 milyard dollardan 10.84 milyard dollara düşüb - gəlirlər 15 faizdən çox azalıb.
2024-cü ildə xam neftin bir tonunun orta ixrac qiyməti 620 dollar idi, 2025-də 523 dollara düşüb. 16 faizlik eniş baş verib və bu, ümumi gəlirlərin azalmasının əsas səbəbidir.