Azərbaycan noyabrda "OPEC+" kvotasından gündəlik 95 min barel geri qalıb
12 Dekabr 2025
Bu ilin noyabr ayında Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 456 min barel təşkil edib.
Bu barədə OPEC-in aylıq hesabatına bildirilir.
Məlumata görə, ötən ay Azərbaycanda gündəlik neft hasilatı oktyabr ayı ilə müqayisədə 2 min barel azdır.
Hesabata əsasən, "OPEC+" razılaşması çərçivəsində Azərbaycanın bu il üçün gündəlik neft hasilatı kvotası 551 min barel olduğu halda, noyabrda faktiki hasilat 95 min barel geriləyib.
Qeyd edək ki, bu ilin birinci rübündə Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 466 min barel, ikinci rübündə isə 461 min barel, üçüncü rübdə isə 458 min barel təşkil edib.
2024-cü ildə ölkədə gündəlik neft hasilatı orta hesabla 481 min barel olub.