Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Axios": Tramp İrana qarşı genişmiqyaslı əməliyyatı nəzərdən keçirib

ABŞ prezidenti Donald Tramp iyunun 10-da administrasiyasının üzvləri ilə görüşdə İrana qarşı genişmiqyaslı, lakin vaxt məhdudiyyəti olan hərbi əməliyyatın keçirilməsi ehtimalını nəzərdən keçirib.

Bu barədə "Axios" mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, nəzərdən keçirilən təşəbbüslərdən biri genişmiqyaslı, lakin qısamüddətli əməliyyat olub və məqsədi Tehranı danışıqlar mövqeyini dəyişdirməyə məcbur etməkdir. Lakin mənbələr mümkün planın təfərrüatlarını açıqlamayıblar.