Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ Müharibə naziri: Rusiya ciddi nəticələrlə üzləşəcək

Pentaqon rəhbəri Pit Heqset ABŞ Prezidenti Donald Trampın rəhbərliyi altında və avropalı müttəfiqləri ilə birlikdə Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün hər cür səy göstəriləcəyini bəyan edib.

O, bu barədə Brüsseldə Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun (Ramştayn) iclasında bildirib.

"Münaqişə qısa müddətdə bitməsə, ABŞ tərəfdaşları ilə birlikdə Rusiyanın davamlı təcavüzünün bədəlini ödəməsi üçün lazımi tədbirlər görəcək", - Heqset vurğulayıb.

O bildirib ki, Tramp sülhün uzaq göründüyü ən çətin vəziyyətlərdə belə sülh üçün imkanlar yaratmağa qadirdir.